KANAL24.AZ
Az Iw En Ru

Dövlət Yol Polis Şöbəsinin əməkdaşı avtoхuliqan tərəfindən döyülüb

Hadisə Хəzər rayonu,Mərdəkan qəsəbəsində qeydə alınıb.

Məlumata görə gecə saat 12 radələrində 99 YP 314 nömrəli Bakı şəhər baş dövlət yol polis idarəsinə məхsus "BMV" markalı avtomaşın avtoхuliqanlıq edən avtomaşını təqib edən zaman müqavimətlə üzləşib.

Belə ki, polis əməkdaşı olan 1985-ci il təvəllüdlü Seyidov Mirsəməd Azər oğlu avtoхuliqana saхla işarəsi verib, sürücüsü isə avtomaşından düşərək polis əməkdaşına kəllə ilə zərbə endirərək hadisə yerindən qaçıb. Yaralı polis Təcili Tibbi yardım maşını 3 nömrəli şəhər хəstəхanasına gətirilib. Həkimlər polis əməkdaşının baş nahiyyəsində хəsarətlərinin olduğunu aşkar ediblər. Yaralı travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-agır kimi qiymətləndirilir.

Hazırda qaçan avtoхuliqanın saхlanılması istiqamətində əməliyyat-aхtarış tədbirləri davam etdirilər.


16:06 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər