KANAL24.AZ
Az Iw En Ru

Son günlər qripə yoluxma halı niyə artıb?

Son günlər respublika ərazində qripə yoluxma halı artıb. Virusa yoluxanlar daha çox baş ağrısı, qızdırma, ürəkbulanmadan şikayətlənir.

Respublikanın baş epidemioloqu İbadulla Ağayev bildirib ki,  müşahidə olunan mövsümü xarakter alan respirator virus infeksiyalarıdır. Bu gün ölkə ərazisində kəskin respirator xəstəliklər, o cümlədən, qripə yoluxma ilə bağlı hər hansı narahatedici vəziyyət yoxdur. İnsanlar xəstə olduqları müddətdə işə getməməli, küçəyə çıxmamalı, həkimə müraciət etməlidir.Virusa yoluxan şəxslər mütləq maskadan istifadə etməlidir. Əgər xəstə evdə olarsa, onu mütləq ayrı otağa keçirmək, istifadə etdiyi qab-qaşığı ayırmaq lazımdır. Mümkün qədər xəstələrlə kontaktdan qaçmaq lazımdır.(ATV.az) 


15:43 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər