KANAL24.AZ
Az Iw En Ru

Yaşayış evi uçdu, ana və 8 yaşlı qızı öldü

İtaliyanın paytaxtı Romada yaşayış evinin uçması nəticəsində 40 yaşlı qadın və onun 8 yaşlı qızı ölüb, daha iki nəfəri xilas etmək mümkün olub.

RİA Novosti agentliyi xəbər verir ki, ilkin məlumata əsasən, 2 mərtəbəli fərdi evdə baş verən partlayışa qaz sızması səbəb olub.

Xilasedici əməliyyat zamanı bir qadın və bir kişi dağıntılar altından çıxarılıb. Müxtəlif dərəcəli xəsarətlər alan yaralılar xəstəxanaya çatdırılıb.

Roma prokurorluğu faktla bağlı araşdırma aparır.


15:15 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər