KANAL24.AZ
Az Iw En Ru

Argentinalı əfsanə futbola qayıtdı

Argentina millisinin sabiq futbolçusu Xuan Sebastyan Veron karyerasını bərpa edib.

Goal.az xəbər verir ki, 41 yaşlı yarımmüdafiəçi "Estudiantes"lə 18 aylıq müqavilə imzalayıb. Veron minimal həcmdə alacağı məvacibi də klubun inkişafına xərcləyəcək. O, 2014-cü ildən "tələbələr"in prezidentidir. Veron karyerası ərzində "Parma", "Lazio", "Manchester United", "Chelsea" və "İnter"də çıış edib. 


05:34 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər