KANAL24.AZ
Az Iw En Ru

Saçlarınızın ucları qırılır? Çözümü yazımızda

Saç uclarının qırılması probleminə bir çox insanda rast gəlmək olar.

Saç uclarının qırılmasına onların uzun müddət quru qalması və xarici təsirlər səbəb olur. Həmçinin qəbul edilən qidalar da, problemin ortaya çıxmasında önəmli rol oynayır. Bu cür saçları əvvəlki vəziyyətə qaytarmaq mümkün olmasa da, həkimlər problemin qarşısını almaq üçün bir neçə məsləhət verib.

1. E, B, A və C vitaminləri qəbul edin.
2. Saçlarınıza zeytun yağı sürtün. Yaxşı nəticə əldə etmək üçün yağın saçın dibindən ucuna qədər təmas etdiyindən əmin olun. Yarımsaat sonra saçlarınızı yuyun.
3. Ayda 4-5 dəfə keyfiyyətli nəmləndirici kremlərdən istifadə edin.
4. Təbii qidalardan istifadə edin.
5. Tərkibində kimyəvi maddələrin olduğu içkilər qəbul etməyin
6. Saçlarınızı çox isti suyla yumayın


03:44 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər