KANAL24.AZ
Az Iw En Ru

Maradona: "De Laurentis belə pula həyat yoldaşını belə satar"

Diyeqo Maradona İtaliya mətbuatına Hiquainin "Juventus"a keçməsi ilə bağlı növbəti dəfə fikir bildirib.

Goal.az xəbər verir ki, argentinalı futbol əfsanəsi bunları deyib:

"Juventus"un "Napoli"dən güclü olması doğru fikir deyil. Xal fərqi çox böyük deyil. Onlar "Napoli"dən yaxşı oynamırlar. Bütün oyun aspektlərində bu komandalar bərabərdir. Zədəli futbolçular sıraya dönündə Neapol klubu lap güclənəcək. Hiquainin satışına qalanda artıq demişəm. Ötən mövsüm onun vurduğu 36 qol möcüzə idi. De Laurentis belə pula həyat yoldaşını belə satar. O görürdü ki, "Juventus"a hücumçu lazımdır. Buna görə Qonzalonu satdı. Fikrimcə, bu cür qərarlar daxildən gəlməlidir. Mən "Napoli"ni, Hiquain "Juventus"u seçdi. Zaman dəyişir. Əvvəllər biz klubun şərəfi naminə oynayırdıq, pula görə yox".


03:15 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər