KANAL24.AZ
Az Iw En Ru

Ulduz futbolçunun evi toyu günü qarət edildi

Argentinalı futbolçu Karlos Tevesin evi qarət olunub.

Hadisə 32 yaşlı hücumçunun toy günü baş verib. Uzun müddətdi birgə yaşadığı Vanesse Mansilya ilə münasibətlərini rəsmiləşdirən Teves toydan sonra sürprizlə qarşılaşıb.

Belə ki, mərasimdən sonra evə geri dönən cütlük oğrular tərəfindən hər şeyin qarət ediliyini görüblər. Futbolçu polisə müraciət etməyib və bildirib ki, bu kimi hallarla gündəmə gəlmək istəmir.

Qeyd edək ki, Karlos Teves "Vest Hem", "Mançester Yunayted", "Mançester Siti", "Yuventus" və "Boka Xuniors" kimi klublarda çıxış edib. O, Çinin "Şanxay Şenua" klubuyla müqavilə imzalayacaq.


23:44 28.12.2016
Xəbər lenti
Bütün xəbərlər