Bakıda sərnişin avtobusu 45 yaşlı qadını vuraraq öldürüb.
Hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü Əliyeva Zəminə İdinəli qızı yolu keçmək istəyərkən onu 105 saylı sərnişin avtobusu vurub. Qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Prokrurluğunda araşdırma aparılır.