KANAL24.AZ
Az Iw En Ru

Yevlax toyunda şəkili qonaq bıçaqlandı

Şəki rayon sakini Yevlaxda keçirilən toy məclisində bıçaqlanıb.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, dekabrın 25-i axşam saat 22 radələrində rayonun Böyük Dəhnə kənd sakini, 1979-cu il təvəllüdlü Azər Famil oğlu Əhmədov bədəninin sol qabırğaaltı nahiyəsinin kəsilmiş bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, 37 yaşlı A. Əhmədov Yevlax rayonunun Xaldan kəndində fəaliyyət göstərən şadlıq evində keçirilən toy məclisində naməlum şəxs tərəfindən bıçaqlanıb. A.Əhmədov xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra xəsarəti yüngül olduğu üçün ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


07:27 26.12.2016