KANAL24.AZ
Az Iw En Ru

Robotla evlənmək istəyən qız-"Seçimimlə qürur duyuram"

Fransada yaşayan Lilly adlı bir qız, "InMoovator" olaraq adlandırdığı və şəxsən özü tərəfindən 3D printer sayəsində çıxarılan robota aşiq olub.

İnsanlar ilə ünsiyyət qurmağı xoşlamayan Lilly, robotlara qarşı olan marağını ilk dəfə 19 yaşında kəşf edib. Robotuna duyduğu sevginin axmaqlıq, ya da qəribə olmadığını söyləyən Lillynin ailəsi və yoldaşları da onun seçiminə hörmət edir.

Robot mütəxəssisi olaraq çalışan Lilly, texnologiya irəlilədikcə robotlarla insanlar arasındakı əlaqələrin də daha fərqli ölçülərə çıxacağını söyləyir.

O, "Twitter" hesabında bunları yazıb: ''Seçimim ilə qürur duyuram. Kimsəni incitmirik və olduqca xoşbəxtik".

 Lilly, Fransada robotlarla evlənmək üçün rəsmi bir qanunun çıxmasını gözləyir. 


22:12 24.12.2016
Xəbər lenti
Bütün xəbərlər