KANAL24.AZ
Az Iw En Ru

Soyuq havaların isti çayları

Təqvimin dekabr ayını göstərməsi ilə  havalar da artıq soyumağa başladı. Qardirobda qalın geyimlər yerlərini alarkən, bitki çayları da mətbəxləri bəzəməlidir.

Üşüdüyümüz anlarda içimizi isidən bəzi çaylar, xəstə olduğumuz anlarda da sağalmamıza kömək edir.Payız və qış mövsümündə qrip və öskürəkdən xilas olmaq üçün bəzi bitki çaylarını süfrəmizdən əskik etməməliyik

Cökə çayı

Soyuq havalarda isti bir bitki çayı içmək istəyənlərin ağlına ilk gələn, şübhəsiz, cökə çayıdır. Qrip və soyuqdəyməyə qarşı təsirli olan bu çay, ağrı kəsici, iltihab aradan qaldırıcı, sinəsi yumşaldıcı və bəlğəm götürücü xüsusiyyətləriylə eyni zamanda boğaz infeksiyalarını da aradan qaldırır. Son zamanlar tez-tez öksürməkdən şikayətlənirsinizsə, gündə 2-3 fincan cökə çayı içməyi məsləhət görürük. Cökə çayını hazırlayarkən, bir stəkan qaynar suya, bir çay qaşığı qədər cökə çiçəyi və yarpağı əlavə qarışdırın. Qarışığın üzərini örtün və çayın dəmlənməsi üçün 10 dəqiqə gözləyin.  Çay dəm aldıqdan sonra  çayı bir süzgəcdən keçirərək içə bilərsiniz. Cökə çayının bütün faydalarından faydalanmaq istəyirsinizsə, onu yalnız bir dəfə dəmləməli, saxlamamalı və şəkərsiz içməlisiniz. Ancaq həm şirin ehtiyacınızı qarşılamaq, həm də mədənizi rahatlaşdırmaq üçün cökə çayına bal əlavə edə bilərsiniz.

Zəncəfil çayı 

Ənənəvi Çin Tibbinə görə soyuqdəymənin ən yaxşı müalicəsi olaraq bilinən zəncəfil çayı, indiki vaxtda bu narahatlığın yanında qrip infeksiya və boğaz ağrılarına qarşı da istifadə edilməkdədir. Antiseptik xüsusiyyəti sayəsində bu xəstəliklərə qarşı güclü bir qalxan meydana gətirən və bədənin müqavimətini artıran zəncəfil çayı soyuq havaların ən təsirli bitki çaylarından biridir və gündə 3 dəfə içilə bilər. Qəhvəyi şəkər, bal, limon və ya darçın ilə dadlandıra biləcəyiniz zəncəfil çayını hazırlayarkən, bir su stəkanına bir yemək qaşığı rəndələnilmiş təzə zəncəfil qoyun, üzərinə stəkan dolana qədər qaynar su əlavə edin və dəmlənməsi üçün 5 dəqiqə gözləyin. Dəmləmə əməliyyatı tamamlandıqdan sonra çayınızı süzgəcdən keçirərək içə bilərsiniz

Ekineziya bitkisi 

Tarixdə ilk dəfə Şimali Amerika qitəsindəki Qızıldərililər tərəfindən tibbi məqsədlərlə istifadə edilən "Ekinezya" bitkisi, bədəndə infeksiyaların,  kimyəvi maddələrin ifrazını və qrip başda olmaq üzrə virus yolu ilə yayılan xəstəliklərin yaxşılaşdırılmasında istifadə edilir. Bunun yanında, immunitet sistemini gücləndirməsiylə də bilinən bu bitkinin, çayı isə soyuq qəbulunluğu və boğaz ağrısına yaxşı gəlir. Quru öskürəyi aparan Ekinezya çayı, boğazdakı qabarıqlığı alarkən qızdırmanın da aşağı salır. Bu soyuq havalarda tənəffüs yolu infeksiyalarından , gündə 1 və ya 3 Ekinezya çayı içə bilərsiniz. Ekinezya çayınızı hazırlayarkən, istər bir litr qaynar suyun içinə 3.5-4 çay qaşığı quru Ekinezya bitkisini əlavə edin istəsəniz də 1.5 su stəkanı qədər qaynar suyun içinə təzə Ekinezya bitkisindən bir ovuc əlavə edin. Ardından çayın dəmlənməsi üçün 2 və 5 dəqiqə arasında gözləməlidir.  Çay dəmləndikdən sonra Ekinezya çayınızı süzgəcdən keçirərək içə bilərsiniz. 


18:56 23.12.2016
Xəbər lenti
Bütün xəbərlər