KANAL24.AZ
Az Iw En Ru

Üzünüzü limon dilimi ilə silin

Limon üz dərisinə çox müsbət təsir edir və bu səbəbdən bir çox kosmetik maskaların tərkibində geniş istifadə olunur.

Dərisi yağlı olanlar hər səhər və axşam üzünü limon dilimi ilə silə bilər. Bu sadə prosedurun bir çox faydası var:

1. Limon şirəsi dərinin rəngini yaxşılaşdırır, dərini ağardır, piqment ləkələri, çilləri görünməz edir.

2. Limon şirəsi güclü antiseptik xüsusiyyətlərə malikdir və bu səbəbdən dərini yaxşı təmizləyir, civzələr və sızanaqların azalmasına kömək edir.

3. Yağlı dərinin pis parıltısını götürür, dərini qurudur, məsamələri daraldır.

4. Dərini tonuslaşdırır, yorğunluq izlərini azaldır.

5. Antioksidantlarla (xüsusi C vitamini ilə) zəngin olduğundan dərini cavanlaşdırır, erkən qırışların əmələ gəlməsinin qarşısını alır.


08:05 22.12.2016
Xəbər lenti
Bütün xəbərlər