KANAL24.AZ
Az Iw En Ru

Alın qırışlarını yox edən maska

Alında qırışlar tez əmələ gəlir. Bu qırışlar hətta cavan üzü gəmgin və yaşlı göstərir.

Belə qırışları daha görünməz etmək üçün ev şəraitində bu maskadan istifadə edin.

10 qr parafin (şam) suda əridilir, 1 ç.q. ərik və 1 ç.q. kakao yağı əlavə olunur, yaxşı qarışdırılır. Qarışıqda 3-4 lay qatlanmış bint isladın və alın nahiyəsinə qoyun. Binti qoyduqda alın əzələlərini mümkün qədər boşaldın, alnınızı qırışdırmayın. Maskanın üzərini digər bintlə bərkidin.

Bu maskanı üzünüzdə ən azı 1 saat saxlayın. Bu müddət ərzində alnınızı qırışdırmayın. Maskanı çox ehtiyatla çıxardın.

Maskanı bir gündən bir 1 ay ərzində etmək lazımdır. Bu müddət ərzində dəri xeyli hamarlanacaq və qırışlar daha az görünəcək


18:50 21.12.2016
Xəbər lenti
Bütün xəbərlər