KANAL24.AZ
Az Iw En Ru

Bakıda Peyğəmbərin (s) mövluduna həsr olunmuş Quran gecəsi keçiriləcək

Sabah Bakının "Hacı Cavad" məscidində Həzrət Məhəmməd peyğəmbərin (s) mövlud gününə həsr olunmuş Quran gecəsi keçiriləcək.

Bu barədə SalamNews-a məscidin dini icmasından məlumat verilib.

Bildirilib ki, mərasim şam namazından sonra başlayacaq. Mərasimdə ilahiyyatçı alimlər, o cümlədən Quran qariləri iştirak edəcək.

Məlumat üçün bildirək ki, hicri-qəməri tarixi ilə sabah rəbiul-əvvəl ayının 17-si Həzrət Məhəmməd peyğəmbərin (s) və altıncı imam Həzrət İmam Cəfər Sadiqin (ə) doğum gününə təsadüf edir.


05:57 17.12.2016
Xəbər lenti
Bütün xəbərlər