KANAL24.AZ
Az Iw En Ru

Beyni cavanlaşdıran ən SADƏ ÜSUL

Arizona Universiteti (ABŞ) alimlərinin fikrinə görə, beyni cavanlaşdırmaq üçün sadəcə hər səhər qaçışla məşğul olmaq lazımdır.

Alimlər qaçışın beynin vəziyyətinə olan təsirini aparıblar. Araşdırma zamanı 2 qrup insanın beyin  fəaliyyəti müqayisə edilirdi - bir qrupda insanlar müntəzəm olaraq qaçışla məşğul olurdu, digər qrupda isə oturaq həyat tərzi sürürdü.

Tomoqrafiya zamanı məlum olub ki, qaçışla məşğul olan insanlarda beyninin müxtəlif hissələrinin  arasında olan funksional əlaqələr daha güclü idi. Bu isə o deməkdir ki, bu insanlarda beynin koqnitiv funksiyaları (diqqət, yaddaş, təfəkkür) daha yüksək səviyyədə idi.


07:23 16.12.2016
Xəbər lenti
Bütün xəbərlər