KANAL24.AZ
Az Iw En Ru

“Karvan” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar cinayət işi açılıb

Kanal24.az xəbər verir ki, Sumqayıtdakı “Karvan” ticarət mərkəzində baş vermiş yanğının səbəb və nəticələrini araşdırmaq üçün Baş Prokurorluğun, Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və digər müvafiq qurumların əməkdaşlarından ibarət istintaq qrupu hadisə yerində araşdırma aparır.

Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev AzərTAc-a bildirib ki, faktla bağlı cinayət işi açılıb. Hadisənin baş vermə səbəbləri ekspertizanın rəyindən sonra açıqlanacaq.
Xatırladaq ki, oktyabrın 9-da saat 21:00 radələrində Sumqayıt şəhərindəki “Karvan” ticarət mərkəzində yanğın baş verib. Nəticədə ümumi sahəsi on min kvadratmetr olan dördmərtəbəli ticarət mərkəzinin birinci mərtəbəsi 340 kvadratmetr sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı burada fəhlə işləyən İmişli rayon sakini İlqar Əliyevin cəsədi aşkarlanıb. Yuxarı mərtəbələrdən altı fəhlə yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunub. Ticarət mərkəzinin qalan hissəsi alovdan mühafizə edilib.


15:10 11.10.2014
Xəbər lenti
Bütün xəbərlər