KANAL24.AZ
Az Iw En Ru

Yadplanetlilərin külə dönmüş kostyumları tapıldı - FOTO

Bu günlərdə Meksikada meteoridin partlayış yerində kosmik kostyumun hissələri tapılıb.

Kömürə dönən hissələr yadplanetlinin qalıqlarını xatırladır.

Ekspert-ufoloq Skott Uorinqin sözlərinə görə, həmin yerdə ərimiş dəbilqəyə çox oxşayan predmet tapılıb. Ofoloqun fikrincə, o yadplanetli sivilizasiyanın kosmik gəmisinin qəzasının sübutlarından biridir.

Ancaq ekspertlərin çoxu bununla razı deyil. Onlar hesab edirlər ki, tapılmış qırıntılar yalnız adi meteoridin hissələridir.

Uorinq isə bildirir ki, partlayış yerində aşkar edilmiş predmetlərin əksəriyyəti ağıllı varlıqlar tərəfindən istehsal edilmiş mexanizmlərin hissələrini xatırladır. Ufoloqun sözlərinə görə, partlayış o qədər güclü idi ki, bütün ətraf ərazidə elektrik enerjisi kəsilib. Bundan başqa, aşkar edilmiş qalıqlar sanki yadplanetli skafandrdır və ya robotun kostyumudur. Çünki heç bir bədən kosmik gəminin partlayışı zamanı bu qədər yaxşı qalmağı bacarmır.


00:25 13.12.2016