KANAL24.AZ
Az Iw En Ru

Dünya müsəlmanları bu gündən Vəhdət həftəsini qeyd edir

Allahın sonuncu peyğəmbəri Həzrət Məhəmmədin (s) mövlud tarixi bu il dekabr ayının 12-17 tarixlərinə təsadüf edir.

Tarixçilərin fikrincə, Allahın Rəsulu (s) Fil ilində rəbiul-əvvəl ayının 12-ai və ya 17-də dünyaya göz açıb.

İslam dini məzhəblərinin Peyğəmbərin (s) mövludu tarixinə baxışları fərqli olduğu üçün təvəllüd günü rəbiəl-əvvəl ayının 12-də və 17-də deyd edilir. Əhli-sünnə aləmində Həzrət Məhəmməd Peyğəmbərin (s) doğum günü rəbiül-əvvəl ayının 12-də keçirilir. Şiələr isə mövludu rəbiül - əvvəlin 17-də qeyd edirlər.

Allahın sonuncu Rəsulunun (ə) doğum gününü ixtilafa yox, vəhdətə çevirmək məqsədilə İran İslam İnqilabının rəhbəri İmam Xomeyni 1979-cu ildə rəbiəl-əvvəl ayının 12-dən 17-nə kimi olan müddəti Vəhdət həftəsi elan edib.

Qeyd edək ki, bu gün İslam ölkələrində mövcud olan münaqişələrin əsas səbəblərindən birinin məzhəbçilik amili olduğu aydındır. Suriya, İraq, Bəhreyn, Əfqanıstan və digər müsəlman ölkələrində birlik, vəhdət kimi dəyərlərin olmaması münaqişələrin intensivləşməsinə səbəb olur. Buna görə də müsəlmanlar Vəhdət həftəsini daha yaxından qavramalı və yaşamalıdırlar.

Qurani-kərimin ayələrinə əsasən, Allah İslam peyğəmbərini insanlara hidayət və mərhəmət əlaməti kimi göndərib. Belə şəxsiyyətin doğum günü, təbii ki, insanların, əsasən müsəlmanların birliyinə səbəb olmalıdır.(SalamNews) 


20:30 12.12.2016
Xəbər lenti
Bütün xəbərlər