KANAL24.AZ
Az Iw En Ru

Namazda olarkən səcdədə dua etmək doğrudur?

Namazda iki yerdə namazın sözlərindən sonra öz dilində dua etmək olar. Səcdə zamanı edilən dua: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Bəndənin Rəbbinə ən yaxın vaxtı səcdə halında olur, (səcdədə) duanı çoxaldın" (Muslim, 782).

Namazın sonunda salamdan əvvəl edilən dua: Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) soru­­şuldu: "Hansı dua ən tez qəbul olunur?" Allah Elçisi salləllahu aleyhi və səlləm buyurdu: "Gecənin axırında və fərz namazının sonunda edi­lən dua". (Tirmizi, 3499).


04:20 12.12.2016
Xəbər lenti
Bütün xəbərlər