KANAL24.AZ
Az Iw En Ru

"Atletico": Yeni mövsüm, yeni stadion

"Atletico" növbəti mövsümdən etibarən oyunlarını keçirəcəyi yeni stadionun adını açıqlayıb.

Goal.az xəbər verir ki, "Wanda Metropoliano" adlı arenanın adı iki hissədən ibarətdir:

"Metropoliano" – Madrid təmsilçisinin hazırki stadionunun köhnə adıdır. "Visente Kalderon"a qədər məhz bu ad qüvvədə idi.

Adın ikinci hissəsi klubun 20% səhmlərini alan Çin şirkəti "Wanda Group"la bağlıdır.

"Atletico"nun ispan futbolçusu Fernando Torres stadionla bağlı fikirlərini bölüşüb: "Babam mənə həmin stadion barədə danışmışdı. Artıq "Metropoliano"da oynayacam və nə vaxtsa mən də ona bu barədə danışacağımı ümid edirəm".


20:16 10.12.2016
Xəbər lenti
Bütün xəbərlər