KANAL24.AZ
Az Iw En Ru

Depressiya insultun riskini artırır

Mütəmadi olaraq antidepressant qəbul edən qadınlar insultdan daha çox əziyyət çəkirlər.

Bu barədə Amerika Ürək Assosiasiyasının saytında dərc olunmuş tədqiqatda məlumat verilib.

Mütəxəssislər ağır ürək-damar xəstəliklərindən əziyyət çəkən və depressiya yaşayan qadınlarda insult riskinin 32 faiz yüksək olduğunu bildiriblər.

Tədqiqatda qeyd olunur ki, depressiyanın ağır formaları ürək-damar sisteminin fəaliyyətinə pis təsir edir. Bu pozğunluq isə insultu, eləcə də xroniki xəstəlikləri gücləndirə bilər.

Məqalə müəllifləri öz həmkarlarına depressiyadan əziyyət çəkən xəstələrin ürək-damar sisteminin vəziyyətinə xüsusi diqqət yetirməyi məsləhət görürlər.

ABŞ alimləri belə qənaətə gəliblər ki, miqrenlərdən əziyyət çəkən qadınlarda da insult riski xeyli yüksəkdir.


05:18 10.12.2016
Xəbər lenti
Bütün xəbərlər