KANAL24.AZ
Az Iw En Ru

Rusiyanın neft satışından əldə edəcəyi gəlir açıqlandı

Xam neftin qiymətinin 50 dollar səviyyəsində davam edəcəyi təqdirdə Rusiya 2017-ci il büdcəsi üçün 1 trilyon rublluq (təxminən 15 milyard dollar) əlavə gəlir əldə edə bilər.

Bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov deyib.

 “Xam neftin qiyməti 50 dollar səviyyələrinə yüksəlib. Qiymətin bu səviyyələrdə qalacağı təqdirdə Rusiya büdcəsinə gələn il 1 trilyon rubl əlavə gəlir daxil olacaq”, - nazir bildirib.

Nazir, həmin gəlirin büdcə xərcləri və ehtiyatlar arasında bərabər şəkildə bölüşdürməyi planlaşdırdıqlarını qeyd edib.


04:43 10.12.2016
Xəbər lenti
Bütün xəbərlər