KANAL24.AZ
Az Iw En Ru

Dərmanların yaranmasında maraqlı faktlar

Ətraf mühitin özünde neçə-neçə sirrlər saxladığını çox vaxt təsəvvür belə etmirik.Məsələn götürək qəbul etdiyimiz dərman vasitələrini.Bəzi dərmanlarda o qədər maraqlı faktlar acıqlanır ki,inanmaq da çətinlik çəkirik.

Məsələn adamda birdən-birə qumara qarsı həvəs oyanır,halbuki heç əvvəllər ağlından keçirmədiyi bir şeydir.Aydın olur ki qəbul etdiyi dərmanların əks təsirindən yaranan bir simptomdur. Həkimlər dərmanı su ilə qəbul etməyi boş yerə tövsiyə etmirlər.Məsələn süd ilə qəbul edilən həblər öz müalicəvi effektini itirir və heç bir müsbət təsiri olmur.Bir neçə yüzillər öncə Rusiya və digər xarici ölkələrdə dərmanı pivə ilə qəbul edirdilər.Sankt-Peterburqun tibb müəssisələrində bu köpüklü içkini hətta xəstələrə verirdilər.19-cu əsrdə pivə ən güclü dizinfeksiya vasitəsi sayılırdı və orqanizmdı tonusun artmasına baslıca köməkçiydi.Hətta Almaniyada xüsusi pivə institutu yaradılmışdır.Alimlər araşdırmalarında pivənin insan orqanizminə bir litr südden daha faydalı olduğu nəticəsinə gəliblər. 1872-ci ildə britanıya əsilli amerikalı kimyaçi Robert Avqust Cezbro vazelin istehsalını potentləşdirib.Amma qeyd edək ki,bu maz hələ o vaxt dərman vasitəsi kimi işlənmirdi,ondan mebel sexlərində mebel üzlüklərində ləkəaparan ,parıldadan vasitə kimi istifadə edirdilər.Lakin illər keçdikcə alim onun müalicəvi xarakterlərini üzə çixarmış və qarın yumşaldıcı ,zədələnən dərini bərpa edən məlhəm kimi yararlı olduğunu göstərmişdir. 20-ci əsrin 90-ci illərində Pfayzer firması eczacılıq bazarına yeni ürək dərmanı -Sildenafil- sitrati çıxarır.Lakin dərman klinik sinaqlardan uğursuzluqla keçərək,ürəyə heç bir müalicəvi təsiri olmadığı ortaya çıxır.Eyni zamanda yoxlanış qrupunun kişi nümayəndələri dərmanın onlarda həyəcan oyatmaını qeyd ediblər.Beləliklə ,Sildenafil-sitrat ürəkdə qan dövraanını yaxşılaşdirmaq əvəzinə bəzi orqanlarda oyanışa səbəb olurdu və bu yolla da məşhur Viaqra preparati icad olunur. 1886-ilde əczaçi Con Stit Pemberton ABŞ- a sinir sisteminin bərpası müalicəsi,impotensiya ve agrılı simptomları olan xəstəliklər üçün nəzərdə tutduğu dərmanini təqdim edir.Dərmanın tərkibinin 31 hissəsi qoz agacı ve koka agacı yarpağlarinın şirəsi təşkil edirdi.Bundan 17 il sonra isə satışa Koka -kola içkisinin yayilması əhali arasında etirazlara səbəb olur,çünki içkinin tərkibi də koka agacının yarpaqlarından ibarət idi.Bu etirazlardan sonra Koka kola içkisinin istehsal texnologiyasında dəyişikliklər aparılır və koka yarpaqlarında olan kokain təmizlənərək içkiye qatılır. 1897-ci ildə Bayer alman əczaçı şirkətinin labaratoriyasinda işləyən kimyaçi Feliks Xoffman asetilləşmə metodundan istifadə edərək ilk dəfə olaraq solicil tursusunun stabil formasını əldə etmiş və beləliklə de Aspirin dermanı yaranmıçdir. 20-ci əsrin 20-ci illərində amerika apteklərində ketcup satilmağa başlayir.O keçəlləşməyə və ekzema xəstəliyinə qarşı dərman sayılırdi.Baxmayaraq ki,bu gün ketcup tibbde deyil mətbəxlərdə geniş istifadə olunan ərzaqdır.Onun tərkibindəki antioksidant və likopin insan orqanizmine faydalıdır.Likopini apteklərdə həbb səklində almaq olar.


04:30 10.12.2016
Xəbər lenti
Bütün xəbərlər