KANAL24.AZ
Az Iw En Ru

Həyat yoldaşını dərmanla öldürən "qatil həkim"i Google ələ verdi

Avstraliyada 63 yaşlı həkimin Google-da apardığı axtarış yoldaşını öldürməsinə sübut olaraq göstərildi.

63 yaşlı Avstraliyalı həkim Brayan Crickitt, 61 yaşlı həyat yoldaşı Kristin Crickitti yüksək dozada insulin verərək öldürdü.

Həkimi ələ verən isə Google-da apardığı axtarışlar olub. Onun, qətldən iki gün öncə Google-da "qəsdən insulinin həddən artıq böyük doza ilə istidifadəsi" ilə bağlı axtarış etdiyi təsdiq olunub.Crickitt, Google axtarmalarına əsaslandırılaraq cinayətdən təqsirli olub.

Cinayətə səbəb isə həyat yoldaşının "həyat sığortası"ndan aldığı pulu sevgilisi üçün xərcləmək istəyi olub.


22:56 09.12.2016