KANAL24.AZ
Az Iw En Ru

Hadisənin Bakı konsertindən qazanacağı FANTASTİK MƏBLƏĞ

Yeni İl tədbirlərində ən çox qazanan türkiyəli məşhurların siyahısı açıqlanıb.

Bayram konsertlərində ən çox qazanan məşhur hər zamankı kimi bu il də Tarkan olacaq. O, bir neçə saatlıq çıxışı üçün 600 min TL əldə edəcək.

Hadisə Bakı Olimpiya Stadionunda 2 saatlıq çıxış üçün 375 min TL alacaq. Demet Akalın isə Bakı Olimpiya Stadionunda 1 saatlıq çıxışa görə 250 min TL qazanacaq.

Digər türkiyəli məşhurların isə yeni il qazancı belədir:

Sibel Can 400 min TL (Türkiyə televiziyası)

Hande Yener 200 min TL (İstanbul)

İrem Derici 125 min TL (Ankara)

Məlumat üçün bildirək ki, 31 dekabrda Bakı Olimpiya Stadionunda baş tutacaq “Ən Yeni İl” adlı konsert proqramı ilə bağlı mətbuat konfransında stadionun direktoru Cavid Qarayev türkiyəli ulduzlara veriləcək qonorarları açıqlamamışdı. O, bunu kommersiya sirri ilə əlaqələndirmişdi. C.Qarayev həmçinin Miri Yusif və Röyanın alacağı qonorar ilə türkiyəli ulduzlar arasında fərq qoyulmadığını etiraf etmişdi.


21:33 09.12.2016