KANAL24.AZ
Az Iw En Ru

ABŞ prezidenti Suriyadakı müttəfiqlərə silah çatdırılmasına qadağanı aradan qaldırıb

ABŞ prezidenti Barak Obama ölkəsinin Suriyada terrorizmlə mübarizə üzrə müttəfiqlərinə silah çatdırılmasına qoyulmuş məhdudiyyəti aradan qaldırıb.

“İnterfaks”ın verdiyi xəbərə görə, müvafiq sərəncamın mətni Ağ evin saytında yerləşdirilib.

“Xarici qüvvələr, daimi olmayan qüvvələr, Suriyada terrorizmlə mübarizə üzrə ABŞ hərbi əməliyyatına dəstək olan və ya yardım edən ayrı-ayrı şəxslər və ya qruplar üçün müdafiə məhsulları və xidmətlərin təqdim edilməsini özündə ehtiva edən əməliyyat ABŞ milli təhlükəsizlik maraqları üçün mühüm əhəmiyyət kəsb edir.”, - sənəddə söylənilir.

Sərəncamdan istifadə etmək üçün dövlət katibi və müdafiə naziri Konqresin təsdiqini almalı olacaq.

Bundan əvvəl ABŞ Dövlət Departamenti “Suriya müxalifət üzvlərinə silah təqdim etmək isəyən başqa oyunçular olduğunu” bildirərək, müxalifətə silah çatdırılmasına qarşı çıxdığını bəyan edib.


19:23 09.12.2016