KANAL24.AZ
Az Iw En Ru

Bəşər Əsəd xanımına Suriyadan qaçmağı təklif edən ölkələrin adlarını açıqlayıb

 Suriya prezidenti Bəşər Əsəd həyat yoldaşı Esma Əsədə Suriyadan qaçmağı təklif edən ölkələrin adlarını açıqlayıb.

“Al Vatan” qəzetinə açıqlama verən B.Əsəd Türkiyə və Qətər prezidentlərinin E.Əsədə Suriyadan qaçmağı təklif etdiyini bildirib.

"Böhranın başladığı ilk günlərdə iki ölkə Suriyadakı vəziyyətdən narahat olduğunu açıqca bəyan etdi: Qətər və Türkiyə. Bu təklifi birbaşa Esmaya çatdırdılar. Təbii ki, indi ortaya çıxıb rədd edə bilərlər, amma həqiqət budur.

İllər sonra başqa təkliflər də gəldi. Amerikalılar prezidentliyə namizədliyimi irəli sürmədiyimi açıqlasam, mənə qanuni toxunulmazlıq veriləcəyini və istədiyim hər kəsi özümlə apara biləcəyimi dolayı yolla təklif etmişdilər. Əlbəttə, bu təkliflər fərqli yollarla çatdırılırdı, amma böyük hissəsi amerikalılardan gəlirdi. Lakin bu təkliflərin heç bir dəyəri yoxdur.", - Suriya rəhbəri belə deyib.


19:17 09.12.2016