KANAL24.AZ
Az Iw En Ru

Pentaqon rəhbərindən Əfqanıstana gözlənilməz səfər

ABŞ müdafiə naziri Eşton Karter hərbi komandanlıqla məsləhətləşmələr aparmaq və ABŞ hərbçilərini qarşıdan gələn bayramlar münasibətilə təbrik etmək üçün Əfqanıstana gözlənilməz səfər edib.

 “Associated Press”in  verdiyi xəbərə görə, E.Karterin səfərinin "Taliban" terror təşkilatının güc toplamasından, eləcə də təşkilat üzvlərinin qonşu Pakistandan sığınacaq qismində istifadə etməyə davam etmələrindən ehtiyatlanma ilə əlaqəli ola biləcəyi ehtimal olunur.

ABŞ-ın qiymətləndirməsinə əsasən, Əfqanıstan hökuməti ölkə əhalisinin təxminən üçdəikisinə nəzarət edir, təxminən 10% əhali isə “Taliban”a tabedir.

Bunun E.Karterin Pentaqon rəhbəri qismində sonuncu səfəri olacağı bildirilir, belə ki, yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimindən sonra onun yerini istefada olan general Ceyms Mettis tutacaq.


19:15 09.12.2016