KANAL24.AZ
Az Iw En Ru

"Nişanlımdan toyla bağlı qadağalar var" - Natavan Həbibi

Bu yaxınlarda nişan xəbəri ilə gündəmə çevrilən müğənni Natavan Həbibi həm sənətindəki yeniliklər, həm də şəxsi həyatı barədə ATV.az-a maraqlı açıqlamalar verib.

 -Yaradıcılığınızda nə yenilik var?

- "Sənə” adlı yeni mahnı yazdırmışam. Artıq mahnının klip çəklişlərinə başlanılıb. Bundan əlavə, filimə çəkilmək üçün dəvət almışam və razılıqa gəlmişik. Oynayacağım rol haqqında hələ ki, məlumat vermək istəmirəm.

- 2017-ci ildə hansı həmkarınızla duet oxumağı planlaşdırırsınız?

- Əvvələr çox həmkarlarımla duet oxumuşam.  Artıq belə bir fikirim yoxdur. Düşünürəm ki, duetlərə ara vermək lazımdı.Sadəcə solo oxumaq fikirim var. 

- Qarşıdan yeni il gəlir, harada qeyd edəcəksiniz?

- Hər dəfə yeni ili şou proqramlarda qeyd edirəm. Bu il isə ailəmlə, dostlarımla bir yerdə qeyd edəcəm.

- Ən unudulmaz yeni iliniz hansı olub?

- Mən sənətdə olandan hər il yeni ili səhnədə qeyd eləmişəm. Eyni məkanlar, eyni insanlar... Sadəcə mahnılar dəyişir. Fərqli bir ilim olmayıb. Mən yeni ili keçirməyi xoşlamıram, ömürdən illər gedir.

 - Prodüser Tolik bildirib ki, toyunuza Aygün Kazımovanı dəvət edəcəksiniz, bu məlumat doğrudurmu?

- Bilmirəm, qismət! Hələ bilmək olmaz ki, toyuma şou numayəndələri dəvət olunacaq, yoxsa yox. Nişanlım toyun qapalı keçməsini, şou numayəndələrindən heç kimin olmasını istəmir. İstəmir ki, gəlib şəkil çəkdirib sosial şəbəkələrdə paylaşsınlar. Mənim üçün qarşı tərəfin fikiri çox önəmlidi. 

- Çox vaxt geyimlərinizdə qara rəngdən istifadə edirsiniz, bunun səbəbi nədir? 

 - Qara rəng həm sevdiyim rənglərdən biridir, həm də mənə yaraşır.

- 2017-ci ildə görnüşünüzdə fərqli bir dəyişiklik etmək fikiriniz var?

- Mən adətən görnüşümdə dəyişikliyi saçımı rəngləməklə edirəm. Artıq bütün saç rəngləri ilə görünmüşəm. Ona görə  bu il qeyri-adi bir dəyişikliyim olmayacaq. 


05:22 08.12.2016