KANAL24.AZ
Az Iw En Ru

Hətta bir yuxusuz gecə belə nələrə yol açır!

Uzun müddət ərzində yuxu ilə problemləri olan insanlarda immun sistemi zəifləyir, depressiyanın və bir çox xəstəliklərin riski artır.

Lakin əvvəllər belə hesab olunurdu ki, 1-2 yuxusuz gecə insan sağlamlığına ciddi ziyan vurmur.  Son araşdırma göstərib ki, bu belə deyil. Hətta 1-2 yuxusuz gecə insan sağlamlığına zərər yetirə bilər.

MedicalDaily xəbər verir ki, Almaniyanın Bonn Universitetində maraqlı eksperiment aparılıb. Gün ərzində 3 saat yatan 20 insan bir neçə analiz və müayinələrdən keçib. Nəticədə məlum olub ki, hətta 1 yuxusuz gecə təzyiqin, nəbzin və həmçinin qanda stress hormonlarının artmasına səbəb olub.

Bunlar birdə sübut edir ki, normal gecə yuxusu insan sağlamlığı üçün çox vacibdir. Alimlər gecə 6-8  saat yatmağı tövsiyə edirlər.(saglamolun.az)

 


19:56 07.12.2016
Xəbər lenti
Bütün xəbərlər