KANAL24.AZ
Az Iw En Ru

Ağız qoxusuna qarşı faydalı məsləhətlər

Sevgilinizlə öpüşərkən utanıb narahatlıq yaşamaq istəmirsinizsə, ağız sağlığına diqqət etməlisiniz.

Ağız sağlığı ilə bağlı bəzi faydalı məsləhətləri təqdim edirik.

1. Su için

Su ağzınız və vücudunuz  üçün ən xeyirli içkidir. Su içərkən ağzınızın içi təmizlənir və diş çürüməsi riski azalır. Ancaq şəkərli içkilərdən uzaq durun. Bu cür içkilər diş çürüməsinə səbəb olur.

2. Şəkərsiz saqqız çeynəyin

Tüpürcək ağız qoxusuna qarşı ən önəmli silahınızdır. Ağzınız quruduqca, ağız qoxusu daha çox gəlir. Səhərlər yuxudan durarkən ağız qoxusunun gəlməsi məhz ağız quruluğu ilə əlaqəlidir. Şəkərsiz saqqızlar tüpürcək ifrazını artırır və ağız qoxusunu əngəlləyir.

 3. Darçın ilə nəfəsinizi yeniləyin

Darçın ağız qoxusuna qarşı çox təsirli silahdır. Darçın və tərkibindəki maddələr ağızda bakteriya yaranmasını əngəlləyir.

4. Qəhvə, qırmızı şərab və çay qəbulunu azaldın

Bu içkilər dişdə ləkələnmələrə səbəb olur. Dişin üst təbəqəsində yaranmış ləkələr təmizlənsə də dişin daxilində əmələ gələn ləkələr rəng dəyişimləri qalıcıdır. Buna görə bu içkiləri az qəbul edin.

5. Siqareti atın

Sevgiliniz siqaret çəkməyinizdən, ağzınızdan siqaret qoxusu gəlməsindən şikayət etməsə də siz özünüz bunu düşünməlisiniz. Təzə bir nəfəs üçün siqaretden imtina edin.


03:29 07.12.2016
Xəbər lenti
Bütün xəbərlər