KANAL24.AZ
Az Iw En Ru

Bu mağazada ikisarılı yumurta satılır - mütəxəssislər isə xəbərdarlıq edir - VİDEO

Bir yumurta alırsan içərisindən iki sarısı çıxır, qiyməti isə 20 qəpik.

Paytaxtın Nəsimi rayonu Süleyman Rəhimov küçəsində yerləşən mağazaların birində ancaq yumurta satılır. Özü də  iki sarılı yumurtalar... Müştəri sarıdanda da korluq çəkmir.

İş  yerinin sahibi danışmasa da alıcılar daimi bu yerdən yumurta aldıqlarını bildirirlər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, vətəndaşlar belə yumurtaları alarkən diqqətli olmalıdılar. Çünki satıcılar ikisarılı yumurta adı ilə içərisində bir sarısı olan yumurtan sata bilərlər.

Eyyub Husyenovun  sozlərınə  görə, ancaq yaxsı bəslənmiş toyuqlar belə yumurta verə bilər.

İstehlakçıları aldadan belə sahibkarlar isə 400 manata qədər cərimə oluna bilərlər.

Videonu izləmək üçün şəklə klikləyin:
Bu mağazada ikisarılı yumurta satılır - mütəxəssislər isə xəbərdarlıq edir


06:07 05.12.2016