KANAL24.AZ
Az Iw En Ru

Antibiotiklərin uşaq orqanizminə zərəri varmı?

Əksər hallarda analar uşaqlar xəstələnərkən həkim məsləhəti olmadan antibiotikdən istifadə edirlər. Dünya alimləri bunu çox ziyanlı hesab edirlər. Xüsusən də qış aylarında uşaqlar xəstələndiyi zamanlarda analar həkim məsləhəti olmadan belə uşaqlara antibiotik vururlar.

Həkimlər isə bildirirlər ki, antibiotiklərin səbəbli-səbəbsiz istifadəsi, düzgün olmayan qəbulu dünyada antibiotiklərə davamlı olan mikrobların əmələ gəlməsinə səbəb olur. Bu səbəbdən alimlər antibiotikləri yalnız zəruri hallarda təyin etməyi tövsiyə edirlər. Antibiotiklərdən çox istifadə isə uşaqlarda immuniteti aşağı salır. Bu da onların orqanizminin digər xəstəliklərə qarşı olan müqavimətini azaldır.


01:08 03.12.2016
Xəbər lenti
Bütün xəbərlər