KANAL24.AZ
Az Iw En Ru

Olimpiya stadionu faciəni yad etdi

Braziliyanın "Chapecoense" komandasını Kolumbiyaya aparan təyyarənin qəzaya uğradığı faciəvi hadisə qurbanlarının xatirəsi Azərbaycanda da anılıb.

Goal.az xəbər verir ki, bununla əlaqədar Bakı Olimpiya Stadionu klubun rənginə boyanıb. Stadionun mətbuat katibi Cəmilə Sultanova arenanın yaşıl rəngə büründüyü görüntüsünü sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, "Chapecoense" "Atletiko Nasional"la Cənubi Amerika Kubokunun final matçına yollanarkən qəzaya düşüb. Təyyarənin 81 sərnişinindən yalnız 5-i sağ qalıb. Dünyasını dəyişənlərdən 2-si - müdafiəçilər Filipe Joze Maçado və Villiam Tieqo de Xesus vaxtilə Azərbaycanda müvafiq olaraq, "İnter" və "Xəzər Lənkəran"da çıxış ediblər.


17:57 01.12.2016
Xəbər lenti
Bütün xəbərlər