KANAL24.AZ
Az Iw En Ru

Dünya çempionu 550 min dollarlıq mükafatın sahibi oldu

Norveçli şahmat ustası Maqnus Karlsen yenidən dünya çempionu olub.

Kanal24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Karlsen rusiyalı rəqibi Sergey Karyakini 4-cü tay-breyk görüşündə məğlub edərək dünya çempionu titulunu özündə saxlaya bilib.

Nyu-Yorkda keçirilən matç 9:7 hesabı ilə Norveç təmsilçisinin qələbəsi ilə nəticələnib.

O, qələbə nəticəsində 550 min dollarlıq mükafatı da əldə edib.

Qeyd edək ki, 2013-cü ildə Maqnus Karlsen hindistanlı Vişvanatan Anandı məğlub edərək  dünya çempionu olub. 2014-cü ildə yenidən Ananda qalib gəlib.


15:32 01.12.2016
Xəbər lenti
Bütün xəbərlər