KANAL24.AZ
Az Iw En Ru

Qəzada sağ çıxanlar əlil qaldılar

Braziliyadan Kolumbiyaya səfər zamanı təyyarə qəzası nəticəsində əksər futbolçusu həlak olan “Chapecoense” klubunun sağ qalan iki üzvünün futbol karyerası başa çatıb.

Goal.az xəbər verir ki, 77 nəfərin həlak olduğu qəzanın ardından futbolçulardan yalnız Danilo Padilya, Alan Ruşel və Cekson Follmanı xəstəxanaya sağ çatdırmaq mümkün olmuşdu. Danilo sonradan xəstəxanada keçinmiş, digər iki futbolçu sağ qalmışdı. Lakin onlar bundan sonra normal həyat sürə bilməyəcəklər.

Follmanın bir ayağı amputasiya edilib. Həkimlər xəstəliyin bütün bədənə yayılmasından daxili orqanları sıradan çıxarmasından qorxaraq, onun ayağını kəsmək qərarına gəliblər. Hələ də hərəkətsiz vəziyyətdə olan Ruşelin durumu da kritik olaraq qalır. Həkimlər onurğasından ciddi zərbə alan futbolçunun iflic qalmaq ehtimalının yüksək olduğunu bildiriblər.

Xatırladaq ki, Medellin Beynəlxalq Hava Limanına eniş edərkən qəzaya uğrayan təyyarənin içində 81 nəfər olub və onlardan yalnız 4-ü sağ qalıb.


02:15 01.12.2016
Xəbər lenti
Bütün xəbərlər