KANAL24.AZ
Az Iw En Ru

AFFA klubları cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Goal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub: 

AZAL - “Sumqayıt” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində AZAL-ın futbolçusu Adan Koronado ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.“Zirə” - “İnter” matçında “İnter”in 4,  “Zirə”nin 4 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 66-ci dəqiqəsində “İnter”in futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.“Kəpəz” - “Neftçi” matçında meydan sahibi klub Əsasnaməyə uyğun olaraq, qonaq komandanın qəbulunda üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün klub 1600 manat cərimə olunub.

 

“Qarabağ” – “Qəbələ” matçı ilə bağlı aşağıdakı qərarları qəbul edib:

“Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.Oyunun 39-cu dəqiqəsində “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Riçard Almeyda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq,  meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub.Matçın video yazısını izlədikdən sonra müəyyən olunub ki, oyunun 90+4-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Coşqun Diniyev rəqib oyunçuya qarşı kobud oyuna görə 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.

“Qarabağ”ın 2-ci qolundan sonra klubun futbolçusu Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkar olunub.Növbəti ev oyunlarında “Qarabağ” klubu təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunub.Hər iki klubun nizam-intizam qaydalarına ciddi şəkildə riayət etməsi və bu halların yenidən təkrar olunmaması tələb olunub.


23:22 30.11.2016
Xəbər lenti
Bütün xəbərlər