KANAL24.AZ
Az Iw En Ru

Ronaldodan 3 milyon avroluq yardım - "Chapecoense" üçün

Madrid "Real"Inın ulduz futbolçusu Kristiano Ronaldonun "Chapecoense" klubuna və həyatını itirənlərin ailəsini 3 milyon avro verəcəyi iddia olunur.

Goal.az xəbər verir ki, Braziliyanın "Chapecoense" klubunun Kolumbiyada keçirdiyi təyyarə qəzasının ardından portuqal futbolçunun bu addımı atacağı bildirilib.

Xatırladaq ki, "Chapecoense” klubunu Kolumbiyaya aparan avialayner Medellin Beynəlxalq Hava Limanına eniş edərkən, 150-200 metr hündürlükdə qəzaya uğramışdı. Təyyarədə olan 81 nəfərdən 5-i xilas edilib, Xisal olunanlardan isə 3-ü futbolçu, 1-i stüardessa, 1-i isə jurnalist olub. Futbolçulardan biri xəstəxanada dünyasını dəyişib.

Rəsmi məlumata görə, 77 nəfər həlak olub. Vaxtıilə "Xəzər Lənkəran”da oynamış Tieqo de Jezuş və "İnter”in sabiq üzvü Filipe Maçado dünyasını dəyişib.


18:53 30.11.2016
Xəbər lenti
Bütün xəbərlər