KANAL24.AZ
Az Iw En Ru

Miyatoviç: "Real" üçün "Barcelona" ilə oyunun əsl vaxtıdır"

"Real"ın eks hücumçusu Predraq Miyatoviç İspaniya Primerasının 14-cü turunda keçiriləcək "Barcelona" - "Real" görüşü barədə fikirlərini bildirib.

Goal.az xəbər verir ki, serb mütəxəsis Madrid klubunun müsbət nəticə qazanmaq üçün yaxşı imkanları olduğunu bildirib.

"Real" üçün "Barcelona" ilə oyunun əsl vaxtıdır. 6 xal nəzərə çarpan fərqdir. "Real" "Nou Camp"da qalib gəlsə, çempionluq tituluna bir addım da yaxınlaşacaq. Onların əsas məqsədinin İspaniya çempionluğu olduğunu aydn görmək olar. Komanda yaxşı oynamadığı matçlarda belə qalib gəlməyi bacarır".


22:38 29.11.2016