KANAL24.AZ
Az Iw En Ru

J.Mourinyo cəza ala bilər

"Manchester United"in baş məşqçisi Joze Mourinyo "West Ham"lə oyunda baş hakim Conatan Mossun qərarına etiraz etdiyinə görə texniki zonadan uzaqlaşdırılmışdı.

Referi Pol Poqbaya simulyasiya etdiyinə görə sarı vərəqə göstərdiyi anda portuqal mütəxəsis əsəblərini cilovlaya bilməmiş və su butulkasını təpiklə vurmuşdu. Goal.az xəbər verir ki, İngiltərə Futbol Assosasiyası (FA) Mourinyonu 2 oyunluq diskvalifikasiya edə bilər. O, artıq 2-ci dəfədir hakimin qərarına etiraz etdiyinə görə tribunaya göndərilir. Bu mövsüm "Burnley" ilə oyunda da analoji hal yaşanmışdı. 


00:29 29.11.2016