KANAL24.AZ
Az Iw En Ru

İnsanın adı onun taleyini müəyyən edir

Şəxs adlarının insanın xarakterinə və taleyinə təsir göstərməsi barədə inamlar hələ qədim dövrlərdən mövcuddur. Qədim Romalılar deyirdilər:

“Nomen est Omen” – “Ad taledir”.

Mütəxəssislər də bu mövzuya toxunub. Araşdırma aparan elm adamları ad və tale arasında bağlılıq olduğunu iddia edirlər.

Sən demə insanın adı onun taleyini müəyyən edir. Təbii ki, aranızda buna inanan da olacaq, deyib etiraz edənlər də. 

Elm adamlarının sözlərinə görə, yeni doğulan körpəyə ad verilərkən, fərqində olmadan adı qoyan şəxs, onun gələcəyini də yazır. Sübut olunub ki, tanışlıq zamanı ətrafdakıların insana ilkin münasibəti məhz onun adının necə səslənməsindən də aslı olur. Deyilənə görə insanlar qeyri-şüuru şəkildə daha çox adı rahat, yumşaq səslənən şəxslərlə dostluq etməyə üstünlük verirlər.  Eyni zamanda çətin, mürəkkəb adlar çox zaman səhv tələffüz edildiyindən adı daşıyan şəxsin özgüvəninin azalmasına da səbəb olur.


05:58 27.11.2016
Xəbər lenti
Bütün xəbərlər