KANAL24.AZ
Az Iw En Ru

Ağcabədidə qəza,yaralılar var

Ağcabədi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. 

Hadisə nəticəsində xəsarət alanlar Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. 1991-ci il təvəllüdlü Ağcabədi rayon sakini Hüseynov Vasif Zahid oğlunun vəziyyəti ağırdır. Həkimlər onu ağız və burun nahiyəsində baş vermiş əzilmədən sonra başlayan qanaxmanı dayandırmaq üçün əməliyyata götürüblər. 

1982-ci il təvəllüdlü Cəfərov Anar Məzahir oğlu isə keçirdiyi qəzadan şoka düşüb. 
 
V. Hüseynov və A. Cəfərovu xəstəxanaya çatdıran şəxslər onların avtomobil qəzası nəticəsində xəsarət aldıqlarını bildiriblər. 
 
Faktla bağlı araşdırma aparılır


01:23 27.11.2016
Xəbər lenti
Bütün xəbərlər