KANAL24.AZ
Az Iw En Ru

"Gənclər şəhərciyi"ndə yanğın

Abşeron rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib.

Qafqazinfo”nun məlumatına görə, hadisə rayon ərazisindəki "Abşeron" Gənclər Şəhərciyində baş verib.

Şəhərcikdəki 19-cu yaşayış blokunun 9-cu mərtəsində elektrik kabellərində qısaqapanma baş verib. Hadisə nəticəsində bina sakinləri təxliyyə olunub.

Əraziyə FHN-nin 2 yanğınsöndürən briqadası cəlb edilib və tüstülənmənin qarşısı alınıb.

Hazırda binanın elektrik naqilləri yoxlanılır.


17:15 25.11.2016
Xəbər lenti
Bütün xəbərlər