KANAL24.AZ
Az Iw En Ru

Cəlilabadda sahələr gəmiricilərin hücumuna məruz qalır

Son günlər Cəlilabad rayonunda yenicə əkilmiş taxıl sahələrində siçanabənzər gəmiricilərin sayı artmağa başlayıb.

Gəmiricilər taxıl dənələrini yuvalarına toplayaraq yararsız hala salırlar, bu da gələcək məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər.
Kənd sakinləri bir çox sahələrə su buraxmaqla gəmiriciləri zərərsizləşdiməyə çalışsalar da, hələ ki, bu mümkün olmayıb.
Rəsmi məlumata görə, rayonda siçanabənzər gəmiricilərin artımı 9 min hektralıq əkin sahəsində pik həddə çatıb. Ən təhlükəli vəziyyət rayonun İranla həmsərhəd olan ərazilərində və aran kəndlərində müşahidə olunur.
Artıq Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə rayonda siçanabəzər gəmiricilərə qarşı mübarizə üçün xüsusi dərman preparatları göndərilib. Mütəxəssislərin nəzarəti ilə sahələrdə aldadıcı yemlər hazılanır və yuvalara qoyulur.
İndiyə kimi 4 min hektarlıq sahədə gəmiricilərə qarşı mexaniki və kimyəvi mübarizə üsulları aparılıb.


16:53 25.11.2016
Xəbər lenti
Bütün xəbərlər