KANAL24.AZ
Az Iw En Ru

Erməni Diversantın meyiti geri verildi

Azərbaycanda ölən erməni diversantın meyiti qaytarılıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq 7 avqust 2014-cü il tarixdə Respublikanın ərazisində saxlanmış və 8 avqust 2014-cü il tarixdə saxlanma yerində qəflətən ölmüş Ermənistan silahlı birləşmələri diversiya qrupunun üzvü, 1981-ci il təvəllüdlü Petrosyan Karen Artuşeviçin nəşini qarşı tərəfə qaytarılıb. 

Proses 10 oktyabr 2014-cü il tarixdə Qazax rayonu, Bala Cəfərli kəndi ərazisində baş tutub. 

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib./ANS PRESS/


00:20 11.10.2014
Xəbər lenti
Bütün xəbərlər