KANAL24.AZ
Az Iw En Ru

Nəhəng çəkili qadın öldü - FOTO

Qazaxıstanın Kostanaya şəhərinin sakini Qalina Vorobyova dünyasını dəyişib.

Bu ilin iyul ayında, 350 kiloqram çəkisi olan, 39 yaşlı qadın jurnalistlərin vasitəsilə kömək istəmişdi. O vaxt Vorobyova, hətta öz çəkisini belə, bilməyib. Çünki onun üçün əlçatan olan tərəzilərin heç biri belə iri çəkini çəkməyə qadir olmayıb. Həddindən artıq çəkisi olan qadının ciddi sağlamlıq problemləri baş qaldırıb.

May ayının sonlarında o, evdən çıxmağa cəhd göstərib. Amma ayaqları getməkdən imtina edib. Bir qədər sonra onun ayaqlarına su yığılmağa başlayıb və onlar təsəvvürəgəlməz ölçüdə böyüyüb. Qadını xəstəxanaya yerləşdirmək üçün xilasediciləri çağırmaq lazım gəlib, çünki təcili yardım həkimləri özləri bunun öhdəsindən tək gələ bilməyiblər.

KİV-də bu barədə məlumatlar yayıldıqdan sonra qadına müxtəlif klinikalardan çoxsaylı yardım təklifləri gəlib. Lakin o, məhz hansı yardımın onun üçün daha zəruri olduğunu müəyyənləşdirə bilməyib. (Sputnik)

 


04:59 25.11.2016
Xəbər lenti
Bütün xəbərlər