KANAL24.AZ
Az Iw En Ru

"Yola baxan yoxdur. Duz töksələr yaxşı olar" - VİDEO - FOTO

Ötən gün axşamdan yağmağa başlayan qar Şəkinin küçə və prospektlərində avtomobillərin hərəkətinə maneə yaradıb.
 ARB Şəki  xəbər verir ki, Şəhərin M.Ə.Rəsulzadə prospekti, Arxüstü küçəsi və F.X.Xoyski küçələrində yollar buz bağlayıb.

Qışa hazırlıqsız yaxalanan sürücülər yolda qalıblar.

Azad Osmanov - Sürücü: "Yolu qalxa bilmədim. Geri qayıdıb digər yol ilə gedirəm. Yollara baxan yoxdur. Duz töksələr, yaxşı olar".

Təkcə minik avtomobilləri deyil, mikroavtobuslar da yağan qardan nəsibini alıb.

Onu da xatırladaq ki, aidiyyəti qurumlar tərəfindən ərazidən qarın təmizlənməsi üçün iş aparılmasına rast gəlmədik.


02:50 24.11.2016
Xəbər lenti
Bütün xəbərlər