KANAL24.AZ
Az Iw En Ru

Növbəti diaqnostik imtahan İsmayıllıda olacaq

Növbəti diaqnostik qiymətləndirmə İsmayıllıda keçiriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, müəllimlərin diaqnostik qiymətləndirilməsi noyabrın 27-si və 28-si İsmayıllı Olimpiya İdman Kompleksində baş tutacaq.

İmtahanda İsmayıllı ilə yanaşı, Qobustan və Şamaxı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edəcəklər. Eyni zamanda, Şuşanın Qəbələ və İsmayıllı rayonlarında yerləşən ümumi təhsil müəssisələrində çalışan müəllimlər də bu imtahanlara cəlb ediləcəklər. 


19:17 23.11.2016