KANAL24.AZ
Az Iw En Ru

Dövlət büdcəsi dekabrda müzakirə olunacaq

Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasında dekabrın 6-8-də müzakirə olunacaq.

Bu sözləri bu gün parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, büdcə layihəsinin müzakirəsi 3 gün davam edəcək.

Komitəyə təqdim edilən 2017-ci il büdcə layihəsinə əsasən, gələn il dövlət gəlirləri 15,955 milyard, xərclər 16,6 milyard məbləğində proqnozlaşdırılır.


23:57 17.11.2016
Xəbər lenti
Bütün xəbərlər