KANAL24.AZ
Az Iw En Ru

Yeni doğulan uşaqların qeydiyyata alınması ilə bağlı nazirlikdən açıqlama

Son illər Azərbaycanda tibb sahəsində yüksək texnologi avadanlıqların istifadəsi , süni mayalanma mərkəzlərinin yaradılması, irsi xəstəliklərin tez bir zamanda aşkarlanması ilə əlaqədar diaqnostika yaxşılaşdığından erkən doğuş halları tam olaraq qeydiyyata alınır.Bunu jurnalistlərə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, hamiləliyin ilk günündən həkim nəzarətində olan hamiləliklərdə ana və uşaq ölümlərinə az rast gəlinir: “Xüsusilə uşağı vaxtından əvvəl dünyaya gətirən analar körpələrinin sağlamlıqlarına daim nəzarət etməli, peyvəndlərini vaxtı-vaxtında vurdurmalı, ildə bir dəfə mütləq şəkildə dispanzerizasiyadan, dövrü müayinələrdən keçirməli, hər hansı bir xəstəlik olanda o xəstəliyə səhlənkar yanaşmamalıdırlar. Həkimə vaxtında müraciət edərək uşaq tam sağalana qədər onu həkim nəzarətində saxlamalıdırlar”.

S.Məmmədova qeyd edib ki, hər cütlük ailə qurmamışdan əvvəl mütləq tibbi müyainələrdən, qadınlar hamilə qaldıqdan sonra isə mütləq qadın məsləhətxanalarında qeydiyyatdan keçməlidirlər.

Baş mama-ginekoloq hamilə qadınlar üçün həkimin təyin etdiyi bütün müayinələrdən keçməyin zəruri olduğunu da söyləyib.


20:06 17.11.2016
Xəbər lenti
Bütün xəbərlər